
Slovakiyada
minlərlə insan QHT-lərlə bağlı yeni qanuna qarşı nümayiş keçirib. Bu şirkətlər
indi maliyyələşdirmələri və idarəetmələri ilə bağlı bütün təfərrüatları açıqlamağa
məcbur olacaqlar.
Slovakiyanın
bir sıra böyük şəhərlərində minlərlə insan qeyri-hökumət təşkilatlarına yeni
məhdudiyyətlər qoyan parlamentin təsdiqlədiyi son islahatlara etiraz etmək üçün
toplaşıb.
Paytaxt
Bratislavadakı Azadlıq Meydanında etirazçılar prezident Peter Pelleqrinini
qanun layihəsinə veto qoymağa çağırmaq üçün prezident sarayına getməzdən əvvəl
bu tədbiri Rusiyanın repressiv xarakterinə görə tənqid edilən “xarici agentlər”
qanunu ilə müqayisə ediblər. Aksiya iştirakçıları “Rusiya qanunlarına yox” və
“Slovakiya Avropadır” şüarları səsləndiriblər.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az