Apple Çin gömrük rüsumlarından yayınmaq üçün iPhone-u Hindistanda yığmaq istəyir

Apple Çin gömrük rüsumlarından yayınmaq üçün iPhone-u Hindistanda yığmaq istəyir
İqtisadiyyat 29 Aprel 2025 - 11:29


 

 

ABŞ və Pekin arasında artan tariflər və ticarət gərginliyi hələ də böyük ölçüdə Çinə arxalanan Apple-ın genişlənən təchizat zəncirinə əhəmiyyətli təsir göstərə bilər.

 

Financial Times-ın məlumatına görə, Apple şirkəti ABŞ-da satılan bütün iPhone-larının yığılmasını Hindistana köçürməyi düşündüyünü açıqlayıb. Hal-hazırda şirkət iPhone-larının əksəriyyətini hələ də Çində yığır.

 

Şirkət ABŞ və Pekin arasında ticarət və tariflər üzrə gərginliyin cari kəskinləşməsi fonunda Çindən asılılığını azaltmağa çalışdığı bir vaxtda bu addım gələn ilin əvvəlində baş tuta bilər.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər