
Yəməndə husi üsyançıları bildiriblər ki, bu həftə
sonu ABŞ-ın Husilərin qalası olan Səada şəhərinə bir gecədə endirdiyi zərbələr
nəticəsində ən azı iki nəfər ölüb.
Üsyançı qrupun iki mərtəbəli binanın
xarabalıqlarını əks etdirən görüntüləri yayımlayan əl-Masirah peyk xəbər
kanalının məlumatına görə, partlayışlar daha 9 nəfərin yaralanmasına səbəb
olub.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda üsyançı
qrupun İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara cavab olaraq Qırmızı dənizdəki
gəmiləri yenidən hədəfə almaqla hədələməsindən sonra husi üsyançılarına qarşı
hava hücumlarını artırıb.
Husilərin açıqladığı rəqəmlərə görə, Yəməndə ABŞ
kampaniyasının bərpasından bəri ən azı 69 nəfər həlak olub.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az