
Roma: Aİ-nin yenidən silahlanma planına qarşı minlərlə
insan M5-lərlə küçələrə çıxıb Avropa Komissiyasının təklif etdiyi yenidən
silahlanma planına etiraz etmək üçün Roma küçələrində böyük bir yürüş
keçirilib. Nümayişi təşkil edən 5 Ulduz Hərəkatı Giorgia Meloni hökumətinə və
Ursula fon der Leyenin “Hazırlıq 2030” planına hücum edir.
Şənbə günü minlərlə insan Beş Ulduz Hərəkatının
Avropa Birliyinin yenidən silahlanma planına etiraz çağırışına cavab olaraq
Roma küçələrinə çıxdı - yeri gəlmişkən, İtaliyanın təkidi ilə adı "Yenidən
silahlanma"dan "Hazırlıq 2030" olaraq dəyişdirildi.
Piazza Vittorio-dan başlayan və İmperator
Forumlarına doğru gedən nümayişin təşkilatçıları "Təəccüblü rəqəmlər,
bütün gözləntilərin üstündədir" dedi. 5 Ulduz Hərəkatının mənbələrinə görə,
iştirak 100.000 nəfərə çata bilər.
Yürüşün əvvəlində Beş Ulduz Hərəkatının lideri və
keçmiş baş nazir Cüzeppe Konte Giorgia Meloni hökumətinə və Avropa
Komissiyasının sədri Ursula fon der Leyenin təklif etdiyi yenidən silahlanma
planına hücum edib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az