
Dünya
11:00, 07 Aprel 2025
Xəstəliyin Avstriyaya keçməsinin qarşısını almaq
üçün şənbə günü gecə yarısından etibarən Macarıstan və Slovakiya ilə 24 kiçik sərhəd
keçidi bağlanıb.
Avstriya dabaq xəstəliyinin yayılmasının qarşısını
almaq və ölkəyə girişinin qarşısını almaq məqsədilə qonşu Macarıstan və
Slovakiya ilə iyirmi sərhəd keçidini bağlayıb.
Slovakiyada üç fermada xəstəlik aşkar edildikdən
sonra çərşənbə axşamı fövqəladə vəziyyət elan edib.
Çərşənbə günü Macarıstan son 50 ildə ilk dəfə yüksək
yoluxucu xəstəliyin baş verməsini yaşadı və bu, ölkəni Slovakiya və Avstriya ilə
həmsərhəd əraziyə qoşun yeritməyə və dezinfeksiya tədbirlərinə başlamasına səbəb
oldu.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az