
2023-cü ilə
qədər daşınmaz əmlak investisiyaları müqabilində 14.500-dən çox icazə
verilmişdir ki, bu da son illərdə əhəmiyyətli bir artımdır.
Cümə axşamı İspaniya "qızıl
pasportlarını" qəti şəkildə bitirdi: tədbir düz bir il əvvəl Baş nazir
Pedro Sançes tərəfindən elan edildi. O zaman İspaniyanın baş naziri demişdi ki,
100 müraciətdən 94-ü ev almaq yolu ilə təmin olunub.
İspaniyada daşınmaz əmlaka minimum 500.000 avro sərmayə
qoyan qeyri-Avropalılar üçün yaşayış icazəsi, "dövlət xidmətinin səmərəliliyi"
ilə bağlı digər məsələlərlə yanaşı, mənzillə bağlı tədbirləri də əhatə edən
yeni qanunun qüvvəyə minməsi ilə başa çatıb.
Sánchez tədbirin sonunu 2024-cü ilin aprelində
"ailələrin və gənclərin üzləşdiyi əsas problem" olan İspaniyada
"ləyaqətli mənzil əldə etmək" çətinlikləri ilə əsaslandırdı.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az