
İspanlar mənzil böhranı və daşınmaz əmlak
spekulyasiyasına qarşı küçələrə axışıb İspaniyada 5 aprel şənbə günü “Mənzil
biznesinə son verək” şüarı altında 40 şəhərdə eyni vaxtda nümayişlər keçirilərək,
mənzil əldə etmək üçün böyük səfərbərlik müşahidə olunub
Qonşuluq hərəkatları və kirayəçilər həmkarlar
ittifaqları İspaniyadakı mənzil böhranının təcili həllini tələb etmək üçün güclərini
birləşdirdilər.
"Qorxu tərəfləri dəyişdi: biz daha çox dəyişiklik
tələb etmək fikrində deyilik, biz təşkilatlanmışıq və rentierizmə qarşı bir
planımız var", - İspaniyanın əsas küçələrini narıncı və yaşıl rəngə çevirən
bu nümayişlərin təşkilatçıları, hərəkətin fərqli rənglərini elan etdilər.
Bu səfərbərlik dönüş nöqtəsidir, çünki bu, köçürülmələrə
qarşı böyük nümayişlərdən on il sonra bir çox yerdə eyni vaxtda baş verən ilk
hadisədir.
"Biz nümayişin mərkəzsizləşdirilməsini,
hamının eyni vaxtda meydana çıxmasını və dövləti iflic etməsini istəyirdik.
İdeya ondan ibarətdir ki, yeni etiraz dalğasının ilk günü olsun", - təşkilatçılar
izah ediblər.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az