İlon Mask Avropa və ABŞ arasında “azad ticarət zonası” istəyir ABŞ prezidenti Donald Trampa əks fikirdə olan onun yaxın müşaviri köhnə qitə ilə Şimali Amerika arasında yaxınlaşmanı müdafiə edir, yeni gömrük rüsumları bu həftə beynəlxalq bazarları xaosa sürükləyir

Dünya 07 Aprel 2025 - 09:52

Dünyanın ən varlı adamı və ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Mask şənbə günü ABŞ və Avropanın gələcəkdə “çox yaxın və daha güclü tərəfdaşlıq” yarada və “sıfır tarif zonası” yarada biləcəklərinə ümid etdiyini bildirib.

Elon Mask bu sözləri İtaliyanın ifrat sağçı Liqa partiyasının konqresinə virtual müraciəti zamanı deyib və əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampa potensial azad ticarət zonası ilə bağlı məsləhət verib.

"Ümid edirəm ki, Avropa və ABŞ nəhayət heç bir gömrük rüsumları olmadan tərəfdaşlıq haqqında razılığa gələcək və beləliklə, Avropa və Şimali Amerika arasında azad ticarət zonası yaradacaq" dedi o, videokonfrans vasitəsilə Liqanın lideri Matteo Salviniyə.

Tesla, SpaceX və X sosial şəbəkəsinin sahibi olan Elon Musk DOGE təşkilatının rəhbəri kimi ABŞ hökumətinin mübahisəli ixtisarında əsas rol oynayıb.

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az  

reklamlar

Digər xəbərlər