Merz üçün uğursuzluq: AfD ilk dəfə sorğuda CDU/CSU ilə bərabərləşdi Bir çox seçici CDU/CSU tərəfindən indiyə qədər aparılmış koalisiya danışıqlarından məyusdur

Merz üçün uğursuzluq: AfD ilk dəfə sorğuda CDU/CSU ilə bərabərləşdi Bir çox seçici CDU/CSU tərəfindən indiyə qədər aparılmış koalisiya danışıqlarından məyusdur
Dünya 07 Aprel 2025 - 11:00


 

 

 

 "Bild"in son bazar günü INSA sorğusuna görə, CDU/CSU AfD-yə qoşularaq 24%-ə düşüb. Mühafizəkarlar ilk dəfə olaraq tarixən aşağı səviyyədədir.

Koalisiya danışıqlarının ortasında CDU/CSU altı faiz bəndi itirdi. INSA sorğusunun rəhbəri Herman Binkert bunu "federal seçkilər və hökumətin qurulması arasında əvvəllər görmədiyimiz təsdiq itkisi" adlandırır.

 

Bazar günü keçirilən sorğuya görə, sorğuda iştirak edən seçicilərin 24 faizi müvafiq olaraq CDU/CSU və AfD-yə səs verəcək. AfD üçün bu, son sorğu ilə müqayisədə bir faiz bəndi artım deməkdir və bu günə qədərki ən yaxşı nəticədir. Növbəti kansler Fridrix Merzin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı isə əksinə, iki faiz bəndi itirdi.

 

Fevralın 23-də keçirilən federal seçkilərdə CDU və CSU 28,5 faiz səslə qalib gəlib. Seçkilərdə AfD 20,8 səslə ikinci yerdə qərarlaşıb.

 

Seçkilərlə müqayisədə CDU/CSU 4,5 xal itirib.

 

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az 

 

reklamlar

Digər xəbərlər