
Ukrayna hökuməti tərəfindən idarə olunan ianə
platforması olan United24, istər klassik ədəbiyyat, teatr və ya kino olsun,
Ukraynanın müttəfiq ölkələrində rus mədəniyyətinin təsirini minimuma endirməyə
yönəlmiş kampaniyaya başlayıb.
Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı
işğalına başlamasından üç ildən çox vaxt keçir (Krım Moskva tərəfindən qanunsuz
olaraq ilhaq edilib və 2014-cü ildə bir neçə şərq regionu onun nəzarətinə
keçib).
Birləşmiş Ştatlar və Avropa Birliyi maliyyə və hərbi
dəstək alaraq ölkə ətrafında toplaşdı, mədəni boykot isə Rusiyanın Eurovision
kimi çoxmillətli tədbirlərdə iştirakını qadağan etdi.
Rus sənətçiləri və qurumları da boykot edildi.
2022-ci ilin sonunda London Kral Baleti "Şelkunçik" tamaşasını səhnələşdirəndə
onun siyasətinin Rusiya dövləti ilə əlaqəli qurumlarla, məsələn, Böyük Teatrla
işləmək olmayacağını təsdiqlədi.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az