
Ukraynada daha bir gecə və səhər bombalar altında,
Krivı Roq üçün milli matəm Aprelin 4-də axşam Rusiya hərbçiləri Krivı Roqda
yaşayış məntəqəsini ballistik raketlərlə vurub: 9-u uşaq olmaqla 18 nəfər həlak
olub, 75 nəfər yaralanıb
Bu bazar,
aprelin 6-da Ukraynada hücum qurbanlarının xatirəsi üçün matəm günü elan ediləcək.
Bazar günü, aprelin 6-sı səhər saatlarında Ukrayna ərazisində geniş miqyaslı
hava hücumu xəbərdarlığı qeyd olundu - günün əvvəlindən ikinci dəfə - Rusiyanın
Kryvyi Roh-u iki gün əvvəl vuranlara bənzər ballistik raket zərbələri təhlükəsi
səbəbindən.
Paytaxt Kiyevdə partlayışlar səslənib. Bir neçə
qeyri-yaşayış binası yanğından zərər çəkib.
Xilasedicilərin sözlərinə görə, mərmi atması nəticəsində
3 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Kiyev meri
Vitali Kliçko Darnitski rayonunda 3 nəfərin yaralandığını bildirib.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az