
Səmərqənd İqlim Forumu: Mərkəzi Asiya ildən-ilə
istiləşir Mərkəzi Asiya regionunun əhalisi artdıqca məhsuldar torpaqlar sürətlə
azalır. Səmərqənd İqlim Forumunda Özbəkistan prezidenti xəbərdarlıq edib ki, 25
ildən sonra onun əhalisi 100 milyonu keçə bilər
Səmərqənd İqlim Forumunda iştirak edən nümayəndələrə
Mərkəzi Asiyanın ildən-ilə istiləşdiyi, suyun və buna görə də qidanın tükəndiyi
bildirilib.
Hər il mütəmadi olaraq keçirilən iqlim forumu Aİ ilə
Mərkəzi Asiya regionları arasında əməkdaşlığı strateji səviyyəyə qaldıran Mərkəzi
Asiya-Avropa İttifaqı Sammitindən sonra keçirilir.
İştirakçılar yüksək səviyyəli idi: beş Mərkəzi
Asiya ölkəsinin prezidenti, Avropa Şurası və Avropa Komissiyasının prezidentləri.
Əvvəlki tədbirdə yaşıl keçid və su idarəçiliyi sahəsində
əməkdaşlıq və investisiyaları müzakirə edən natiqlər Mərkəzi Asiyanın səhraya
çevrilməsinin qarşısını almağa yönəlmiş konkret layihələrə diqqət yetiriblər.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az