Yaponiyanın cənub-qərbində təcili yardım helikopteri dənizə düşüb, üç nəfər ölüb

Yaponiyanın cənub-qərbində təcili yardım helikopteri dənizə düşüb, üç nəfər ölüb
Dünya 07 Aprel 2025 - 09:52


 

 

 

Bazar günü Yaponiyanın cənub-qərbində bir xəstəni daşıyan tibbi helikopter dənizə düşüb, göyərtəsində olan altı nəfərdən üçü ölüb.

 

Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, bazar günü təyyarənin Yaponiyanın cənub-qərbində dənizə düşməsi nəticəsində xəstəni daşıyan Yaponiya tibbi nəqliyyat vertolyotunda olan altı nəfərdən üçü ölüb.

 

Pilot, 66 yaşlı Hiroşi Hamada, helikopter mexaniki Katsuto Yoşitake və 28 yaşlı tibb bacısı Sakura Kunitake, hava ilə doldurulan xilasedicilərə yapışaraq hipotermik vəziyyətdə aşkar edildikdən sonra sahil mühafizəsi tərəfindən xilas edilib.

 

Bununla belə, 34 yaşlı həkim Kei Arakava, 86 yaşlı xəstə Mitsuki Motoişinin və onun baxıcısı 68 yaşlı Kazuyoshi Motoişinin cəsədləri Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus helikopter tərəfindən çıxarılıb.

 

Sahil Mühafizəsi xilasetmə əməliyyatı çərçivəsində bölgəyə iki təyyarə və üç gəmi göndərib.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az  

reklamlar

Digər xəbərlər